Almanların əksəriyyəti Merkelin kansler postunu vaxtından əvvəl tərk edəcəyini düşünür

 

Almanların əksəriyyəti Angela Merkelin kansler postunu vaxtından əvvəl tərk edəcəyini düşünür.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu nəticə "Civey” sosiologiya institutunun "t-online.de” xəbər portalının sifarişi ilə keçirdiyi internet-sorğuda əksini tapıb.

Sorğunun nəticələri sentyabrın 27-də, Merkelin yaxın silahdaşı Folker Kauderin Bundestaqdakı mühafizəkar XDİ/XSİ fraksiyasının sədri postunu tərk etməsindən bir gün sonra dərc olunub.

Merkelin kansler postunda müddəti bitənə qədər qalacağı ilə bağlı suala respondentlərin təxminən 55 faizi "əlbəttə, yox” və ya "yəqin ki, yox” cavabını verib, 37,8 faizi isə bunun əksini söyləyib.

Bununla yanaşı, suala müsbət cavab verənlərin böyük hissəsi XDİ/XSİ fraksiyasının (62 faiz), əks fikirdə olanların çoxu isə "Almaniya üçün alternativ” partiyasının (83,6 faiz) və "Almaniyanın azad demokratik partiyası”nın tərəfdarlarıdır (63,3 faiz).

Qeyd edək ki, 25-26 sentyabrda keçirilən sorğuda 5099 nəfər iştirak edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300