Futbolda inqilab: oyunlar heç-heçə bitməyəcək

FIFA futbolda inqilabi qərar qəbul etməyə hazırlaşır.

 

Qaynarinfo xəbər verir ki, ali futbol qurumu 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının qrup matçlarında heç-heçə qaydasını ləğv edəcək. 90 dəqiqəsi bərabərliklə bitən qarşılaşmalardan sonra bir başa penali seriası keçiriləcək və qalib müəyyənləşdiriləcək.

 

Həmişə olduğu kimi "DÇ-2022"nin də 32 komandanın iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Amma "The Sun"un iddiasına görə, FIFA prezidentiCanni İnfantinoDünya çempionatının 48 komanda ilə keçirilməsini istəyir. O, Qətəri razı salıb 48 komandanın iştirakını təmin edə bilsə, bu halda heç-heçə qaydası da ləğv edəcək. Penalti seriyasının qalibinə 2, məlub tərəfə isə 1 xal veriləcək. 90 dəqiqə ərzində qalib gələn komandalar isə həmişəki kimi 3 xalı aktivinə yazacaq.

 

 

 

Heç-heçə qaydasının ləğv edilmə səbəbi isə iki komandanın son turda "sülh" bağlayaraq növbəti mərhələyə vəsiqə qazanmasının qarşısını almaqdı. Belə ki, "DÇ-2018"də Fransa və Danimarkanın heç-heçə edərək qrupdan çıxması, İngiltere və Belçika matçın formal xarakter daşıması, Seneqalın "fair-play" qaydalarına görə qrupda qalması geniş müzakirələrə səbəb olmuşdu.

 

Qeyd edək ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə keçirəcəyi Dünya çempionatında 48 komanda iştirak edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300