Ordumuz düşmənin 5 hərbçisini məhv etdi –Polkovnik

Azərbaycan Ordusu düşmənin 5 hərbi qulluqçusunu məhv edib.

Bunu qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə nəfəri isə ağır yaralayıb:

"Hazırkı Ermənistan hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevrilib. Həmişəki kimi qarşı tərəf yalnız Ermənistandan olan 3 çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib.

Azərbaycan Ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək. Bunların hamısı Azərbaycan Ordusunun gücünü göstərir. Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Əminəm ki, bundan sonra Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək o vaxtadək təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.//teleqraf.com

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300