Salyanda 18 yaşlı oğlanı avtomobil vurub
Salyan rayonunda 18 yaşlı oğlanı avtomobil vurub.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Fəxrəddin Məlik oğlu Canızadə velosipedlə hərəkətdə olarkən "VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.