"Optimal electronics"-in rəhbəri jurnalisti təhqir etdi -SƏS YAZISI

 

Oxuculardan biri redaksiyamıza müraciət edərək "Optimal Electronics" mağazasında baş verən qanunsuzluğun işıqlandırılmasını xahiş edib.Uluyol.az Avtosfer.az-a istinadən xəbər verir ki, müştəri "Optimal" mağazasının Xırdalan filialından Samsung markalı televizor alıb və sonradan məlum olub ki, televizorun ekranında daxili çat var. Müştəri bildirir ki, mağazada televizora baxan vaxt televizor qoşulu olduğu üçün həmin çat görünməyib. Evə gətirən zaman məlum olub ki, ekranın daxilində çat var. Lakin yenə də televizor qoşulu olan halda həmin çat görünmür. Müştəri səhəri gün televizoru mağazaya gətirərək aldığı malda qüsurun olduğunu bildirsədə mağaza müdiri malı geri qaytarmayıb. Həmin malı mağazada saxlayaraq servisə göndərilməsini və qüsurun necə yarandığını bilmək üçün rəyin alınmasını gözləyiblər. Lakin servis məlumat verərək bildirib ki, guya televizora zədəni müştəri vurub. Bunu isə necə müəyyən etdiklərini heç özləri də bilmir. Məlum məsələdir ki, servis heç zaman maldakı qüsuru öz üzərinə götürməz.

 

 

Müştəri onu da qeyd edib ki, televizoru alan vaxt sənədləşmə zamanı aldadılaraq hüquqları kobud şəkildə pozulub. Belə ki, avqustun 11-də mağazada istədiyi televizoru seçəndən sonra televizoru almamışdan qabaq təhvil-təslim aktına imza çəkdiriblər. Lakin televizoru üç gündən sonra təhvil veriblər. Bu isə bir başa qanunsuzluqdur. Müştəri seçdiyi malı almamışdan qabaq ona təhvil verildiyi barədə imza çəkdirə bilməzlər. Çünki, mal üç gündən sonra təhvil verilib.

 

Bu qanunsuzluq barədə Avtosfer.az-ın əməkdaşı qeyd olunan şirkətin Xırdalan filialına gedərək mağazanın müdiri Tərlan İmamverdiyevin mövqeyini öyrənmək istəyib. Lakin Tərlan bəy əməkdaşımıza qarşı kobudluq edib və heç bir məlumat verməyəcəyini bildirib. Bundan əlavə Tərlan bəy əməkdaşımıza qarşı nəzakətsizlik edərək "Sən" deyə müraciət edib və sonda müştərilərin yanında əməkdaşımıza "Səviyyəsiz" deyərək mağazadan qovub. Qeyd etdiyimiz səs yazısını sizə təqdim edirik.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300