Salyanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

 

Salyanda iki maşının toqquşduğu dəhşətli qəza sürücünün həyatını aldı.

ARB TV xəbər verir ki, hadisə Salyan şəhərinin Əlibəy Hüseynzadə və Ənnağı Hüseynov küçələrinin kəsişməsində baş verib.

Salyan şəhər sakini 27 yaşlı Hikmət Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobillə Neftçalanın Kür-Qarabucaq kənd sakini 28 yaşlı Rafiq Həsənlinin idarə etdiyi "NİVA” markalı avtomobil toqquşub. Zərbənin təsirindən yolun kənarına düşən avtomobillərdən biri aşıb və zədələnərək dəmir yığınına çevrilib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "NİVA”da olan Salyan sakinləri 26 yaşlı Soltan Hüseynli və 27 yaşlı Əziz Heseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan RMX-ya aparılarkən "NİVA”nın sürücüsü yolda keçinib.

Qəzanın səbəbləri hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300