ABŞ-da ilk rəsmi türk məktəbi açıldı
Amerika Birləşmiş Ştatlarında səfərdə olan Ticarət Naziri Ruhsar Pekcan New Jersey-də dövlət dəstəyilə tikilmiş məktəbin açılışında iştirak etdi.
Eurasia Diary xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində New Yorkda səfərdə olan Pekcan, Türkiyə Maarif Vəqfinin New Jersey əyalətinin Clifton şəhərindəki ilk məktəbinin rəsmi açılışında valideynlərə və qonaqlara müraciət edib. Pekcan ABŞ-da ilk Türk məktəbinin açılışında iştirak etməkdən məmnun olduğunu dilə gətirib.