Avtofagiya sağlamlığı necə qoruya və ömrü uzada bilər?

 

Avtofagiya bizim orqanizmimizdə baş verən, lakin bu zamana qədər az öyrənilən prosesdir. Hazırda tibbin bu sahəsi diqqət mərkəzinə düşüb.

Tibb elmi avtofagiyaya böyük ümidlər bəsləməkdədir. Hesab olunur ki, o, artıq çəkinin itirilməsi, sağlamlıq və ömrün uzanmasına aktiv şəkildə imkan yaradacaq.

Avtofagiya nədir? Bu hüceyrə səviyyəsində yenilənmənin təbii prosesi olaraq, bir sıra xəstəliklərin yaranma ehtimalının azalmasına, habelə ömrün uzanmasında şərait yaradır.

2016-cı ildə yapon alimi Yosinori Osumi avtofagiya mexanizmlərinin kəşfi və tədqiqatına görə Nobel mükafatına layiq görülüb. Bu tədqiqatların ayəsində Parkinson və demensiya (ağlın azalması) kimi xəstəlikləri daha yaxşı başa düşmək olar.

Həmin vaxtdan bu yana əczaçılıq firmaları və alimlər avtofagiya prosesini stimullaşdıracaq dərman tapmağa çalışırlar. Sağlam qida və həyat tərzi sahəsində çalışan ekspertlər də bu ideyadan bərk yapışaraq prosesin təbii yolla-ac qalmaq, intensiv fiziki məşğələlər və karbohidratları azatlmaqla stimullaşdırılmasının mümkün olduğunu ifadə edirlər.

 

Alimlər nə deyir?

"Şübhəsiz, bizim siçanlar üzərində aprdığımız tədqiqatlar da bunu göstərir”, - Kembric universiteti və Böyük Britaniyanın demensiyanın araşdırılması üzrə elmi institutunun molekulyar neyrogenetika sahəsində mütəxəssis, professor David Rubinşteyn "BBC”yə bildirib.

Alimin sözlərinə görə, bu üsulların insanlar üzərində tətbiqinin hansı effekt verəcəyi hələ ki məlum deyil.

"Məsələn, siçanların beyinlərində 24 saat acılqdan sonra bir sıra effekt göstərdiyini, ciyərlərdə isə həmin effektin daha çox olduğunu görmək olar. Bunun faydalı olduğunu bilsək də, insanların müsbət nəticə əldə etmək üçün nə qədər müddət ac qalmalı olduğunu dəqiq bilmirik”,- doktor Rubinşteyn bildirib.

Avtofagiya prosesi hələ ötən əsrin 60-cı illərində kəşf olunsa da, onun əhəmiyyəti məhz Yosinori Osuminin 90-cı illərdəki tədqiqatlarının dərcindən sonra ortaya çıxıb.

"Biz avtofagiya prosesinin insanları Parkinson, Gentinqton və bır sıra dəlilik xəstəliklərindən qoruduğunun aşkar etdik”,- David Rubinşteyn söyləyib.

Yeni dərsliklərdə avtofagiya prosesinin pəhriz və davranışlardakı dəyişikliklər, məsələn dövrü ac qalmalar nəticəsində baş tuta biləcəyi göstərilir.

Naomi Uittel adlı pəhriz məsləhətçisi bunun üçün həftə içində 3 dəfə 16 saatlıq ac qalmağı nəzərdə tutan 15 günlük proqramı təkilf edir.

Uittel özünün baza proqranını Floridadakı Ceksonsvil universitetində könüllülər üzərində həyata keçirdiyini və müəyyən müsbət nəticələr əldə etdiyini söyləyib.

"Bir sıra adamlar 15 gündə 3 kiloqram çəkidən qurtulublar. Onlarda arterial təzyiq normallaşıb, əzələ kütləsi artıb və dərilərindəki qırışlar azalıb”, - Uittel bildirib.

Rubinşteyinin sözlərinə görə, bu cür məsləhətlərin heç bir ziyanı yoxdur:

"Əgər siz qeyri-sağlam həyat tərzi sürürsünüzsə və hər zaman ağzınıza nə gəlir yeyirsinizsə, sizin bu prosesi işə salmaq imkanınız olmayacaq”,-Rubinşteyn bildirib.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300