Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK-ya qarşı anti-terror əməliyyatları aparan xüsusi təyinatlılar Prezident Rəcəb Tayyib Ərdoğana maraqlı jest edib.

 

Axar.az "Sabah” qəzetinə istinadən xəbər verir ki, xüsusi təyinatlılardan biri "Ey rus, sizin RPQ-niz varsa, bizim də RTE-miz (Rəcəb Tayyib Ərdoğan – red.) var” yazılmış divar qarşısında şəkil çəkdirərək, Ərdoğana mesaj göndərib.

 

Qeyd edək ki, xüsusi təyinatlılar daha öncə də oxşar jestləri etmiş, Prezident Ərdoğan isə bu şəkillər qarşısında duyğulandığını açıqlamışdı.

 

Türk ordusu ötən ilin iyulundan etibarən PKK-ya qarşı ölkənin cənub-şərqində anti-terror əməliyyatları aparır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300