ABŞ mediası BMT-də Trampa nə üçün güldüklərinin səbəbini açıqlayıb

 

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donlad Trampın BMT Baş Assambleyasındakı çıxışı gülüş və istehza ilə qarşılanıb.

ABŞ mediası isə öz prezidentlərini açıq şəkildə "gopa basmaqda” günahlandırır.

Ekspertlərin fikrincə, Tramp faktları qəsdən şişirdib və ümumiyyəltə, bir sıra yalan məlumatlar verib.

Hər şeydən öncə Trampın öyündüyü kimi indiki administrasiyanı ölkə tarixində ən məhsuldar adlandırmaq mümkün deyil. "İki il ərzində mənim administrasiyam tarixdə istənilən prezidentdən daha çox iş görüb” sözləri hər kəsdə gülüş doğurub. Belə ki, Tramp Franklin Ruzvelt, Lindon Conson və Barak Obamadan daha az qanunverici akt imzalayıb. (Burada həmin prezidentlərin ilk iki illəri nəzərə alınıb-red.). Özü də imzalanan sənədlərin sayına görə, o, Duayt Eyzenhauerdən (1951-1960) bu yana bütün prezidentlərdən geri qalır.

Trampın ABŞ-da 4 milyondan çox iş yerinin yaranması ilə bağlı sözləri də tənqid olunub. "The Washington Post” qəzetinin yazdığına görə, prezident buraya özünün hakimiyyətə gəlmədiyi ayları da (yəni Barak Obama dövrünü) daxil edib. Trampın 19 aylıq iqtidarı dövründə isə ABŞ-da 3,58 miyon iş yeri yaradılıb. Bu, Barak Obamanın eyni dövrü ilə müqayisədə 400 min azdır.

Bundan başqa, ABŞ prezidentinin Şimali Koreya lideri Kim Çen Inla diplomatik uğur qazanması və imzalanan sənədlə lovğalanması xoş qarşlanmayıb. Mütəxəssislərin sözlərinə görə, həmin sənəddə Şimali Koreyaya nüvə silahının istehsalını qadağan edəcək müddəaya rast gəlinmir, üstəlik, Pxenyan həmin işi görməkdə indi də davam edir.

ABŞ liderinin Almaniyanın Rusiyanın enerji asılılığında olması barədə sözləri tənqidə məruz qalıb. Trampın çıxışına ən çox elə alman diplomatlarının güldüyü də diqqətdən qaçmayıb. Çünki Rusiya Almaniyanın enerji ehtiyaclarının yalnız ¼ hissəsini ödəməkdədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300