Azyaşlı qızları İŞİD-ə aparılan şəxsin həyatı təhlükədə

2 qızı ilə birlikdə İŞİD üzvlərinə qoşularaq Suriyaya qaçmış Pərvanə Yusifovanın həyat yoldaşı İlqar Yusifovun həyatı təhlükədədir.

Bu barədə AzNews.az-a məlumat verən İ.Yusifov evinə hücum olunduğunu bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı "102 xidmət”inə zəng edib və Abşeron Rayon Polis İdarəsinə şikayət edib.

Bu ərəfədə uzun müddətdir ki, səs-soraqları kəsilmiş ailə üzvləri İlqarla əlaqə saxlayıb. Qızları Nəzrin və Lalə "Whatsapp” vasitəsilə atalarına mesaj yazaraq, Rakkada olduqlarını deyiblər. Qızlar anaları Pərvanənin də onu Suriyaya çağırdığını bildiriblər. Onlar atalarını İslamı qəbul edib yanlarına getməyə səsləyiblər.

İ.Yusifov isə bunun ona qarşı qurulmuş tələ olduğunu düşünür: "Hesab edirəm ki, bu məlumatların yayılmasını istəməyən qüvvələr məni aradan götürmək üçün Azərbaycandan çıxarmağa çalışırlar. İstəyirlər ki, sərhəddən çıxan kimi məni öldürsünlər və beləcə bu işin üstünün açılmasına mane olsunlar. Mən bilirəm ki, Azərbaycanda həmin qüvvələrin havadarları var. İstəyirəm ki, onlar aşkarlansın, ailəm geri qayıtsın. Qayıtmasa belə heç olmazsa başqa ailələr bədbəxt olmasın”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300