MSDM böhran mövzusunda Dəyirmi Masa keçirdi

Fevralın 19-da Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi (MSDM) "Böhran: Qlobal və Lokal amillər” mövzusunda Dəyirmi Masa keçirib. İsa Qəmbərin sədrliyi ilə keçirilən toplantıda tanınmış filosof, professor Əbülhəsən Abbasov məruzə ilə çıxış edib. Ə.Abbasov bəşəriyyətin qlobal problemlər girovluğunda olduğundan danışıb, liberalizmin böhrana uğradığndan, bəşəriyyətin yeni ideyalara ehtiyacı olduğunu bildirib.

Müzakirələrdə analitik Toğrul Cuvarlı, tarixçi alim Yaəsəmən Qaraqoyunlu, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, Müsavat başqanının müavini Elman Fəttah, Əhrar partiyasının sədri Vaqif Hacıbəyli, Müsavatın Məclis üzvü Arzu Səmədbəyli və digərləri iştirak ediblər.

Müzakirələrə yekun vuran İsa Qəmbər liberalizmin böhrana uğradığı barədə fikirlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, əksinə liberalizm inkişaf edir və bəşərriyyət öz inkişafında liberalizmə yetişə bilmir. Məsələn, insan həyatının, azadlığın dəyərinin artması, dərk olunması sürəti, bu dəyərlərin təmin olunması sürətini ciddi şəkildə qabaqlayır. İştirakçılar MSMD-in maraqlı diskussiya şəraitində keçən tədbirlərinin davam etdirilməsi zərurətini qeyd ediblər.

Mustafa Hacıbəyli, bastainfo.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300