"AmrahBank" "qırmızı zolaqda": Bağlana bilər

 

Azərbaycan bank sektorunda kredit portfelinin 70 faiz azalaraq 25 milyard manatdan 11.5 milyard manata düşməsi ən çox aktivləri az olan banklara təsir edir.

 

Sfera.az EkoNews-a istinadən xəbər verir ki, hazırda banklar içərisində ən az aktivə sahib bank "AmrahBank"dır. Bankın aktivləri 196 milyon manat təşkil edir.

Bank ən böyük gəlirini demək olar ki, kreditlər hesabına əldə edir ki, bu yalnız öz vergi və digər xərclərini qarşılamağa yetir. Kredit bazarında olduqca kiçik həcmdə iştirak edən "AmrahBank"ın ümumi kreditlərinin həcmi təxminən 90 milyon manat təşkil edir. Ötən illə müqayisədə bankın kredit həcmləri 67 milyon manatdan çox azalıb. Ümumilikdə bankın həm xalis əməliyyat mənfəəti azalıb, həm də problemli kreditlərin sayı artıb.

2017-ci ilin 1-ci rübü ilə müqayisədə götürəndə bank aktivləri 44 milyon manatdan çox azalıb. Bunu faiz gəlirlərinin səmərəli istifadə olunmaması ilə izah etmək olar.

Bankın aktivlərinin 44 milyon manat həcmində azalması əməliyyat imkanlarını azaldıb və hazırda "AmrahBank"ın məcmu kapitalı 34 milyon manat təşkil edir. Bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı təyin etdiyi 50 mln. manat həddindən 16 milyon manat azdır. Ötən il isə Bankın məcmu kapitalı 51 milyon manat idi.

Xalis gəlirin ötən illərlə müqayisədə sürətlə azalmasını nəzərə alaraq demək olar ki, "AmrahBank" Mərkəzin Bankın qoyduğu tələbləri ödəyə bilməyəcək. Bu da bankın fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən son qoyulacağı fikirlərini yaradır.

Qeyd edək ki, bu ilin ilk yarısını 5 milyon 384 min manat xalis zərərlə başa vuran bank istehlak kreditlərinin verilişini qeyri-müəyyən müddətədək dayandırıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300