"Almaniya üçün alternativ” partiyasına nəzarət ediləcək

 

Almanların əksəriyyəti "Almaniya üçün alternativ” (AüA) partiyasına Konstitusiyanın müdafiəsi üzrə Federal İdarə tərəfindən nəzarət edilməsinin tərəfdarıdır. "Funke Mediengruppe” nəşriyyat qrupunun sifarişi ilə Civey Sosiologiya İnstitutu tərəfindən aparılmış internet-sorğunun bu gün dərc olunmuş nəticələrindən məlum olur ki, respondentlərin 42,7 faizi bu cür nəzarəti zəruri hesab edir.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edənlərin daha 14,5 faizi bu tələbi dəstəkləməyə meyillidir. Sorğu iştirakçılarının 36 faizi isə belə nəzarətin qəti əleyhinədir və ya hesab edir ki, buna ehtiyac yoxdur. Respondentlərin 7 faizi bu suala münasibət bildirməyib.

Avqustun 31-də, Almaniyanın şərqində Xemnits şəhərində sağçı radikallar tərəfindən təşkil olunmuş ksenofob xarakterli çıxışlardan sonra keçirilmiş onlayn sorğuda 5002 nəfər iştirak edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300