Neftçala rayonunda vətəndaş ilə Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzinin rəhbəri arasında insident yaşanıb.

Avropa.info xəbər verir ki, Neftçala rayon sakini Abıyev Elçin Mirzəli oğlu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimovun otağında özünə bıçaqla xəsarət yetirib.

E. Abıyev daha əvvəl mərkəzin direktoru olan Z. Kərimovla yaxın münasibətləri; yəni el arasında desən gediş-gəlişi olduğunu bildirir. E. Abıyevin dediyinə görə bir dəfə xəstə olan bir nəfərə yardım edilməsi üçün o mərkəzin direktoruna müraciət edib. Z. Kərimov isə ona yardım edə bilməyəcəyini deyərək ona bir təklif edib. "Dedi elə imkanım yoxdur. Amma gəl sənə şərait yaradım sən də dolan, mən də dolanım. Əgər sosial yardım düzəltdirmək istəyən olsa gəl mənə de düz-qoş edim. Mən buranın direktoruyam, mənim əlimdədir hər şey.”

E. Abıyevin dediklərinə görə o bu söhbətdən 5-10 gün sonra Z. Kərimovun yanına gələrək 4-5 nəfərin sosial yardım almaq istədiyini bildirib. Z. Kərimov isə öz növbəsində həmin şəxslərin sənədlərini və hərəsinə görə də 400 manat miqdarında pul gətirməsini istəyib. 
"Z. Kərimov hər sənədə 400 manat gətirməyimi istədi və dedi ki, əgər pul olmasa 4 ayını götürəcəyik. Mən də həmin vətəndaşlara məsələni danışdım və onlar da razı oldular. Həmin şəxslər mərkəzə gələrək sənədləri təqdim etdilər. Qəbzlərini də alıb getdilər. Mən də pulların bir qismini otağında Z. Kərimova verdim. Bir qismini də Neftçalada bir yer demişdi aparıb ora təhvil verdim.”

Elçin Abıyev bu hadisənin üstündən 7-8 ay keçməsinə baxmayaraq müraciət edən şəxslərin sosial yardımla təmin olunmadıqlarını deyir. Onun sözlərinə görə sosial yardım almaq üçün müraciət edən həmin şəxslər artıq onun yaxasından yapışaraq öz pullarını istəyirlər. 
"Mən dəfələrlə onun otağına getdim. O hər dəfəsində düzəldərəm deyib məni yola verirdi. Sonuncu dəfə 16 fevral 2016-cı ildə yoldaşımı da götürüb getdim Z. Kərimovun yanına. Yanımda həmin vətəndaşlardan ikisi də var idi. Mən ona dedim ki, ya bu adamların pulunu qaytar, ya da işlərini düzəlt. O da mənə cavabında "Get dərdini kimə deyirsən de. Məndə nə sənəd var, nə də ki, pul var” dedi. Mən də əsəbilərimə hakim ola bilmədim. Bıçaqla özümə xəsarət yetirdim.”

E. Abıyev faktla bağlı Neftçala RPİ-də cinayət işi açıldığını, əgər hər hansı bir nəticə əldə olunmasa aclıq aksiyasına başlayacağını bildirib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300