ABŞ-da yeni qalmaqal: Trampın jurnalistləri pulla susdurması faktları ortaya çıxdı

 

ABŞ-ın nüfuzlu "The New York Times” (NYT) nəşri prezident Donald Trampın "National Enquirer” qəzetinin siyasətinə müxtəlif üsullarla təsir göstərməsi ilə bağlı məqalə yayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məqalədə Ağ Evin indiki rəhbərinin öz nümayəndələri və tanışları vasitəsilə həmin mətbu orqanda özü ilə bağlı xoşagəlməz informasiyaların dərc edilməsinə əngəl törətdiyi qeyd olunub.

"NYT”-ın informasiyasına əsasən Tramp və onun keçmiş vəkili Maykl Koen "National Enquirer”in reportyorlarının sudurulması, habelə onlar tərəfindən aparılan araşdırmalar zmaanı üzə çıxarılan materialların pulla alınması üçün plan işləyib hazırlayıblar.

Məqalədə həmin materialların Trampın keçən əsrin 80-ci illərinə qədər fəaliyyətini əks etdiriən faktları özünə birləşdirdiyi yazılıb.

"National Enquirer”in sahibinin ABŞ prezidentinin uzun illər boyu dostluq etdiyi Devid Pekerə aid olan "American Media” qrupuna mənsub olması Trampın işini asanlaşdırıb.

Картинки по запросу trump david pecker

 

Devid Peker və Donald Tramp

"NYT” son 20 ildə Devid Pekerin qəzetində Tramp əleyhinə hər hansı kompromat xarakterli yazının getməsinə izn verilmədiyini bildirib.

Məsələn, bütün Amerika prezidentin pornoulduz Stormi Danielslə bağlı intim münasibətləri barədə yazanda Peker öz əməkdaşlarına bununla bağlı materialları yaymamağı tapşırıb.

Hətta Trampla əlaqədar elə faktlar olub ki, "National Enquirer” onu müstəsna hüquq kimi satın alıb və daha sonra həmin materialı məhv edib.

2016-cı ilin avqustunda "American media” "Playboy” erotik jurnalının fotomodeli Karen Makduqaldan müsahibə almaqdan ötrü 150 min dollar ödəyərək eksklüziv hüquqlar əldə edib. Karen Makduqal həmin jurnala Trampla intim əlaqələrindən danışmalı imiş. Bundan başqa, Pekerin firması Karen Makduqala öz jurnallarında onu fitnes üzrə ekspert kimi reklam olunacağını vəd edib.

Картинки по запросу trump national enquirer karen mcdougal

 

Karen Makduqal

Elə həmin vaxtdan bu yana "American media”da erotik fotomodelin Trampla bağlı hekayələri yaymayıb.

"NYT” "National Enquirer” qəzetinin prezident haqqında nə qədər material topladığı və onlardan neçəsini məhv etdiyi barədə tam məlumata sahib olmadığını bildirib. Lakin qəzet ABŞ hüquq-mühafizə orqanlarının və konqresmenlərin bu faktı da diqqətə alacaqlarına ümid etdiyini yazıb.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300