Avroliqanın ən yaxşı futbolçusu bəlli oldu
Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, səsverməyə əsasən, turnirin qalibi olan "Atletiko"nun hücumçusu Antuan Qrizmann birinci olub.
Fransalı hücumçu komanda yoldaşı Dieqo Qodin və "Marsel" yarımmüdafiəçisi Dmitri Payeti qabaqlayıb.
Xatırladaq ki, ötən mövsüm bu ada turnirin son qalibi "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba layiq görülmüşdü.