Dollar 7 TL-yə yaxınlaşdı, Mərkəzi Bankda istefalar başladı

 

Türkiyədə bu gün avqustun 30-nun Qələbə bayramı günü kimi qeyd olunmasına və maliyyə birjalarının işləməməsinə baxmayaraq ABŞ dolları yenə bahalaşmaqda davam edib.

Virtualaz.org xəbər verir ki, bahalaşma günün birinci yarısında nisbətən aşağı sürətlə gedib, Türkiyə milli valyutası dəyərinin daha 2.6 faizini itirib.

Günün ikinci yarısında isə "Reuters” agentliyi Mərkəzi Bankın sədr müavini və maliyyə siyasəti komissiyasının üzv Erkan Kilimçinin vəzifəsindən istefası barədə xəbər yayıb.

İstefanın səbəbi açıqlanmır, amma bu xəbərin təsiri ilə dolların bahalaşması sürətlənib. 1 ABŞ dollarının məzənnəsi 6.8 TL-ni keçib. Daha sonra məzənnə cüzi geriləsə də dolların bahalaşması tendensiyası qalmaqdadır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300