Modriç ilin ən yaxşı futbolçusu seçildi

 

Avqustun 30-da UEFA Çempionlar Liqasının püşkatma mərasimindən sonra ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Uluyol.az Azərtac-a istinadla xəbər verir ki, UEFA bu nominasiya üzrə qalib olaraq Xorvatiya milli komandasının və İspaniyanın "Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçi seçib.

Ən yaxşı qapıçı adına İspaniyanın "Real Madrid” klubunda çıxış edən Keylor Navas layiq görülüb.

Onun komanda yoldaşı Serxio Ramos ən yaxşı müdafiəçi adına sahib olub. Ötən mövsüm "Real Madrid”in formasını geyinən, yeni mövsümdən isə "Yuventus”a keçid edən Kriştiano Ronaldo ən yaxşı hücumçu nominasiyasında qalib elan edilib.

Qadın futbolçular arasında ən yaxşı oyunçu nominasiyasının qalibi isə Danimarka millisinin və Almaniyanın "Volfsburq” komandasının üzvü Pernille Harder seçilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300