Putin Sarkisyan üçün 200 milyon dollar ayırdı
Rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzalayıblar.

Bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib. Məlumata görə, kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib.

Vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.

Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan "Smerç” reakiv yaylım atəşi sistemləri və onun sürsatlarını, "Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi "Avtobaza-M”, "TOS-1A” ağır odatanları, "9M113M” idarəolunan raketləri, "RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, "Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.

Siyahı ikitərəfli razılıq əsasında dəyişdirilə bilər.(Azvision.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300