Sabirabad sakininin ayağını "laqunda” kəsib
Sabirabad rayon sakininin ayağını "laqunda” kəsib.
"Report”un Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad sakini, 1986-cı il təvəllüdlü Abıyev Samir Faxrəddin oğlu ehtiyatsızlıqdan elektrik kəsici aləti (laqunda) ilə ayağını kəsib.
Sabirabad və daha sonra Şirvan xəstəxanasına yerləşdirilən yaralı əməliyyat olunub. Damarların və vətərlərin tikilməsindən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib.