Bakıda yol qəzası olub, sürücü ölüb
Bakıda yol qəzası baş verib.
Musavat.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, avqustun 29-u saat 15 radələrində Bakı şəhər sakini Teymur Ağayev idarə etdiyi "Toyota” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü hadisə yerində ölüb