Qurbanov Qurbanov: "Komandamız sabah əlindən gələni edəcək"

 

Sabah "Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Moldovanın "Şerif” klubu ilə görüşəcək.

Oxu.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi oyundan öncə mətbuat konfransına çıxıb.

Qurbanov öncə qarşılaşma barədə fikirlərini bildirib:

"Hər bir futbolçu sabah əlindən gələni etməyə çalışacaq. Soyuqqanlı olmağa çalışacağıq. Rəqib təhlükəli komandadır.

"Şerif” çox rotasiya edib. Yuri Kendışın olmaması rəqib üçün heç bir qorxu yaratmır. Onlarda onu əvəzləyəcək futbolçu var.

Bizdə stress həmişə var. Bu ildən ilə artır. Məncə, uduzsam, necə olacaqla bağlı hamıda həyəcan var. Bu, normal haldır.

Stadionlarımıza azarkeşin az gəlməsinin polislərlə bağlı olduğunu deməzdim. Polislərlə azarkeşlər arasında problem hər yerdə var. İnşallah, bizdə belə problemlər olmaz.

Müdafiə xəttində səhvlərin sabah təkrarlanmayacağına ümid edirəm. Təbii ki, mətbuatda yazılanlar komandaya pis təsir edir. Biz də çalışırıq ki, bir qədər belə şeylərdən kənar qalaq.

Araz Abdullayev bizimlə yenidən məşqlərə başlayıb. Bildiyiniz kimi, onun Azərbaycandakı klublarla problemi var. Bir milli futbolçusu kimi onun hansısa klubda oynamasına çalışacağıq. Lazım gəlsə, onun keçməyinə köməklik edəcəyik” .

Qeyd edək ki, bu görüş sabah saat 21:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300