"Şerif”in baş məşqçisi: "Qarabağ” Avropada özünü göstərmiş komandadır"

 

"İlk matçdakı nəticə qrupa düşmək üçün bizə şans verir. Çətin olacaq. "Qarabağ”ın güclü olduğunu başa düşürük. Evdə oynayırlar. Rəqib topa nəzarət etməyi xoşlayır. Lakin bizim də ilk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədir. Rəqibimizi də öyrənmişik”.

"Report” xəbər verir ki,bunu Moldovanın "Şerif” komandasının baş məşqçisi Qoran Sabliç "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

39 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

- Bakıda sizi nəyin gözlədiyini bilirsiniz?

- Əlbəttə, bilirik. Azarkeşlər stadionu dolduracaqlar. Amma bunun nəticəyə təsir edəcəyini düşünmürəm. Öz keyfiyyətlərimizi bilirik. Asan olmayacaq. Öz şanslarımızı gözləyəcəyik. Tapşırıqları yerinə yetirməyə çalışacağıq.

- "Şerif”in ifasında qorxaq oyun görəcəyik, yoxsa öz futbolunu sərgiləyəcək?

- Biz ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edən komandaya qarşı oynayacağıq. "Qarabağ” Avropada özünü göstərmiş komandadır. Bu cür rəqibə qarşı tam açıla bilmərik. Öz keyfiyyətlərimizi ortaya qoymağa çalışacağıq. Hər komandanın zəif və güclü tərəfləri var. Hər şeyi sabah görəcəyik. Oyundan asılıdır. Rəqib təzyiq etsə, müdafiə olunacağıq, imkan düşsə, hücum edəcəyik.

- Ötən mövsüm "Şerif”in baş məşqçisi olan Roberto Bordin indi "Neftçi”yə rəhbərlik edir. Ondan məsləhət almısınız?

- Xeyr. "Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu dəyişsə də, komandada məşqçi əli hiss olunur. "Neftçi” ilə matça da baxmışıq. Səhvləri tapıb istifadə etməyə çalışacağıq.

- İnnosent Emeqaranın cəzası başa çatıb. Bu, sizə çətinlik yarada bilər?

- Ona da yaxşı baxmışıq. Moldovada oynayan futbolçulardan daha yaxşı keyfiyyətləri olduğu aydındır. Lakin sabah məsələni bir futbolçunun həll edəcəyini düşünmürəm. Öz futbolumuzu oynamalıyıq. "Qarabağ” kimi prestijli komandaya qarşı oynamaq bizim üçün stimuldur. Rəqibin heyətində yaxşı fubolçular çoxdur. Məqsədimiz qrupa düşməkdir.

- "Şerif” Bakıya çarterreysi ilə gələ bilməyib. Bu məsələ ilə bağlı rəhbərliyə iradınızı bildirmisiniz?

- "Şkendiya” da çarterlə gəlməmişdi, amma yollarına davam etdilər. Biz də "Valür”lə səfərə yüksək keyfiyyətli çarter reysi ilə getsək də, uduzduq. Digər tərəfdən, bu, klubun daxili işidir.

- Qrupa düşməsəniz, bu, sizin komandadakı taleyinizə təsir edəcək?

- Qarşımıza Avropa Liqasının qrupuna düşmək tapşırığı qoyulmayıb. Belə bir məsələ yoxdur. Qrupa düşməsək, qorxulu heç nə yoxdur. Yolumuza davam edəcəyik. İndi bu məsələlər barədə düşünmürük. Təbii ki, hər kəs qrupa düşmək istəyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300