Almaniya Türkiyəni ABŞ-dan xilas edəcək

 

Almaniya hökuməti Türkiyəyə maliyyə yardımı göstərə bilər. Buna səbəb ABŞ-la fikir ayrılıqları səbəbindən Türkiyədə yaranan böhranın regionu əhatə etməsinin qarşısını almaqdır.

Oxu.Azxəbər verir ki, bununla bağlı "The Wall Street Journal” nəşri məlumat yayıb.

Konkret tədbirlər və yardımın həcmi hələlik dəqiqləşdirilməyib. Nəşrin məlumatlarına görə, danışıqlar ilkin mərhələdədir və bu, nəticəsiz ola bilər. Əgər qərar qəbul edilsə, Almaniya və bütünlükdə Avropa Birliyi iqtisadiyyatın bir və ya bir neçə sahəsində yardım edə bilər.

Berlin ehtiyat edir ki, Türkiyədə lirənin ucuzlaşması və həyat səviyyəsinin aşağı enməsi Avropa Birliyinə və Almaniyaya yeni miqrant axınına səbəb ola bilər.

"Biz Türkiyədə vəziyyəti stabilləşdirmək üçün çox şey etmişik. Başqa çıxış yolumuz yoxdur”, - alman məmurlardan biri bildirib.

Ankara ilə Vaşinqton arasında böhran Türkiyənin terrorçuluqda ittiham olunaraq həbs etdiyi amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmaqdan imtina etməsindən sonra yaranıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300