İçərişəhərdə reklam yerləşdirilməsi qaydası məlum olub

 

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində reklam yerləşdirilməsi qaydası məlum olub.

Azərtac-ınməlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı ilə təsdiq edilmiş "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı ilə təsdiq edilmiş "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 16-cı hissəsi aşağıdakı redaksiyada verilir:

"16. İdarə Qoruğun ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlarda konstruktiv dəyişikliklər edilməsinə, onların istismarına və "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə icazə verir.”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300