Trampın həmlələri dünyanın tarazlığını pozur –təhlükə

 

Yenidən impiçment təhlükəsi ilə üzləşən ABŞ prezidenti nəyə nail olmaq istəyir?

Amerikanın Rusiyaya yeni sansksiyaları qüvvəyə minib. "Yeni Müsavat” xəbər verir ki, sanksiyalar paketində Rusiyaya təcili yardım lazım olmadıqca hər cür xarici yardımın edilməsi, silah və həm hərbi, həm də gündəlik məqsədlər üçün istifadə edilən məhsulların ixracı yasaqlanıb. Bundan başqa, Rusiyaya heç bir qurum, agentlik tərəfindən və ya Amerika hökumətindən hər hansı vasitə ilə kredit, kredit təminatı və ya maddi dəstək təmin edilməməsi barədə qərar verilib.

ABŞ Dövlət Departamentinin sənədinə görə, Skripal olayı ilə bağlı heç bir sübut olmadığı halda Rusiyaya gətirilən yeni qadağalar qüvvəyə minib. Sənəddə yeni qaydaların Rusiyanı işbirliyinə yaxınlaşdıracağı iddia edilib. Düzənləmələr paketində Rusiyaya "təcili humanitar yardım” lazım gəlmədikcə hər cür xarici yardımın edilməsi, silah və həm hərbi, həm də gündəlik məqsədlər üçün istifadə edilən məhsulların ixracı yasaqlanıb.

Paketdə eyni zamanda Rusiyaya heç bir qurum, agentlik tərəfindən və ya ABŞ hökumətindən heç bir vasitə ilə kredit təminatı və maddi dəstək təmin edilməməsi uyğun bilinib. Kosmos sahəsində və sivil hava nəqliyyatı təhlükəsizliyi sahəsində texnologiyaların və yenidən ixracatı isə sistemin xaricində qalıb. Sanksiyaların əksi bildirilmədikcə ən azı 1 il qüvvədə qalacağı deyilir. Qərara əsaslandırma olaraq, ABŞ-ın beynəlxalq təhlükəsizlik maraqlarının qorunması göstərilir. Rusiya yeni sanksiyalara prinsipial olaraq qarşılıq veriləcəyini bildirib.

russia Trump ile ilgili görsel sonucu

 

Bu arada ABŞ prezidenti Donald Tramp ölkəsinin bayrağının rənglərini bilməməkdə ittiham edilib. Belə ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfəri zamanı diqqətçəkən görüntü ortaya çıxıb: səhiyyə naziri Aleks Azarın twitter səhifəsində paylaşdığı foto müzakirələrə səbəb olub.

İnternetdə yayılan fotoda Trampın uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetirilib. Məlum olub ki, Tramp bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda göy boya ilə rəngləyib. Bu isə birmənalı qarşılanmayıb. ABŞ bayrağını səhv rənglədiyi üçün Tramp sərt tənqidlərə məruz qalıb.

Trampın Türkiyə əleyhinə atdığı birtərəfli addımlar və təhdid siyasəti də ABŞ-da da mübahisə yaradıb. NATO-nun keçmiş ali komandanı, admiral Ceyms Stavridis "Bloomberg”ə keçən həftə verdiyi müsahibədə keşiş Endryu Bronson böhranının ancaq diplomatik yollarla həll edilə biləcəyini söyləyib. Stavridis Trampın Brunson məsələsində addımlar atarkən Türkiyənin NATO ittifaqı üçün əhəmiyyətini nəzərdən qaçırılmamasının lazım olduğunu bildirib.

Türk ordusu ile ilgili görsel sonucu

 

Türk ordusunun Əfqanıstandan Liviyaya qədər NATO-ya verdiyi töhfələri gözləri ilə gördüyünü qeyd edən Stavridis söyləyib:"Bu problemin bir nömrəli həlli Türkiyəyə səfir təyin etməkdir. Hələ də orada elçimiz yoxdur. Bu məsələni diplomatik şəkildə həll etməliyik”.

Türkiyənin NATO-dan çıxma ehtimalını 10 faiz oldüğünü qeyd edən Stavridis bu ehtimalın müzakirə edilməsinin belə onu şoka saldığını, çünki bunun olduqca narahatedici hadisə olacağını söyləyib. Türkiyənin son günlərdə Rusiya ilə yaxınlaşmasının narahatçılıqları daha da artırdığını qeyd edən Stavridis, ölkənin NATO-dan ayrılmaması üçün arqumentləri də sadalayıb: "Birincisi, Türkiyənin böyüklüyü. Türkiyə NATO-dakı ən böyük ikinci orduya sahibdir. İkincisi, geosiyasi baxımdan ən problemli regionun sərhədində yerləşməsi. Üçüncüsü, simvolik olaraq, bu günə qədər çox önə çıxacaq bir ölkə kimi Türkiyə NATO-dan ayrılmadı. Bu NATO üçün fəlakət olar”.

Qeyd edək ki, 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsinin qabarması fonunda ABŞ prezidenti Donald Trampın impiçment məsələsi kifayət qədər aktuallaşıb. ABŞ tarixində indiyə kimi cəmi 3 prezidentə qarşı impiçment məsələsi gündəmə gəlib. 1868-ci ildə Endryu Consona və 1998-ci ildə Bill Klintona qarşı irəli sürülən impiçment təşəbbüsü Senatdan keçmədiyi üçün həmin prezidentlər vəziyyətdən çıxa biliblər. Lakin 1974-cü ildə analoji vəziyyətlə üzləşən prezident Riçard Nikson Senatın qərarını gözləmədən istefa verib.

Sevinc TELMANQIZI, musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300