Türkiyə Kiprdə hərbi baza yaradır

 

Türkiyənin hərbi dairələri Aralıq dənizində Ankaranın maraqlarının müdafiəsi üçün təcili surətdə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazası yaratmaq istəyirlər.

Azvision.az xəbər verir ki, bu barədə "Yeni Şafak” qəzeti Türkiyə hərbi dəniz qüvvələri komandanlığının XİN-ə göndərdiyi müraciətə istinad edərək məlumat yayıb. Qeyd olunur ki, Ankara həmçinin, Şimali Kiprdə əvvəllər türk hərbi aviasiyasının istifadəsində olan Keçidqala aviabazasının bərpa edilərək yenidən istismara verilməsinin mümkünlüyünü də nəzərdən keçirir.

Qeyd edək ki, Kipr adası 1974-cü ildən faktiki olaraq iki hissəyə bölünüb. Həmin ilin yayında yunan millətçilərinin qiyamından sonra adada yaşayan türklərin təhlükəsizliyini qorumaq məqsədilə Ankara tərəfindən 21 iyulda həyata keçirilən hərbi müdaxilə nəticəsində Türk Ordusu Kiprin 37%-nə, əsasən şimal hisəsinə nəzarəti ələ keçirib. 1983-cü ildə türk icmasının məskunlaşdığı həmin ərazilərdə Şimali Kipr Türk Cümhuriyyəti yaradılıb. Hazırda Şimali Kiprin müstəqilliyini Türkiyədən başqa dünyanın heç bir dövləti tanımır.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300