Gəncədə 24 yaşlı oğlan bıçaqlanıb
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü yerli sakin Qurbanov Kamran Fərhad oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.
Xəstəxanaya aparılan K.Qurbanov cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.