İngiltərə futbolunun əfsanəsi həbs edildi

İngiltərə millisinin sabiq futbolçusu Pol Qaskoyn qatarda qadına sataşdığına görə Britaniya polisi tərəfindən saxlanılıb.

Bu barədə Oxu.Az "The Sun”a istinadla xəbər verir.

"Qaza” ləqəbi ilə məşhurlaşan 51 yaşlı Qaskoyn Darem şəhərinin nəqliyyat polisi tərəfindən qadının şikayəti əsasında həbs edilib. İfadə verdikdən sonra onu müvəqqəti olaraq azad ediblər.

Peşəkar futbolçu karyerasını bitirdikdən sonra "Qaza” tez-tez qalmaqallı hadisələrin iştirakçısı olub. 2016-cı ildə sabiq futbolçu London otellərinin birində davadan sonra xəstəxanaya yerləşdirilmişdi, bir il əvvəl isə onu sərxoş vəziyyətdə qan gölündə aşkarlamışdılar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300