İran nüfuzlu universitetlərə haker hücumları etdi

 

Britaniya, ABŞ və 12 digər ölkənin universitetlərin haker hücumlarına məruz qalıb.
Onlarla universitetin haker hücumuna məruz qalmasında İranın hakerləri ittiham olunur.

Modern.az xəbər verir ki, hücumu edən "COBALT DICKENS” haker qrupu İslam İnqilabı Mühafizəkarları Korpusu ilə sıx əlaqələri ilə tanınır.

Nəşrin məlumatına görə hücuma məruz qalan 76 universitet içərisində dünya reytinqində ilk əlliliyə düşənləri də var.

Bu hücumu ABŞ-ın "SecureWorks” şirkəti aşkarlayıb. Ekspertlər yüzlərlə universitetin saxta saytlarına verilən onlayn keçidlər müəyyənləşdiriblər. Həmin keçidə klikləyən istifadəçidən sayta daxil olmağı üçün loqin və parolunu daxil etməyi tələb olunub. Bu yolla dələduzlar universitetin istifadəçilərinin şəxsi hesablarına giriş əldə edə biliblər.

Bu keçidlərin universitet əməkdaşlarının elektron ünvanlarına məktubla göndərildiyi ehtimal edilir.

Qeyd edək ki, martın 23-də ABŞ-da yüzlərlə universitet və şirkətlərə hücuma görə ittiham edilən 9 İran vətəndaşının da "COBALT DICKENS” haker qrupuna daxil olduğu bildirilir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300