Günəş enerjili təyyarə ilk pilotlu uçuşunu həyata keçirib

 

"Bye Aerospace" şirkətinin günəş enerjisi ilə işləyən təyyarəsi ilk pilotlu uçuşunu həyata keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "Solesa" ailəsinə aid "StratoAirNet" təyyarəsinin sınaqları Şimali Kolorado Regional Aeroportunun (Northern Colorado Regional Airport) yaxınlığında keçirilib. İlk pilotlu uçuşdan sonra təyyarə aeroportdan daha bir neçə uçuş yerinə yetirib. Uçuş 1 saata yaxın davam edib, digər uçuşlar isə enmə və qalxmanın məşqi, eləcə də cihazların vəziyyətini yoxlamaq məqsədilə həyata keçirilib.

"StratoAirNet" təyyarəsinin qanadlarının uzunluğu 15 metr təşkil edir. "SolAero" şirkətinin qanadlarda quraşdırılan yüksək səmərəli fotoelementləri təyyarəyə uzun müddət havada qalmağa imkan verir. İlk test uçuşu pilotlu olsa da, şirkət təyyarəni pilotsuz və ya mütəxəssislərin dediyi kimi, "atmosfer peyki" etməyi planlaşdırır. O, kəşfiyyat, internetin paylanması, axtarış və xilasetmə əməliyyatları, xəritəçəkmə və s. üçün istifadə ediləcək.

Bundan əlavə, "Bye Aerospace" şirkətinin "Sun Flyer 2" günəş təyyarəsi hazırlaması məlum olub. "Siemens" şirkəti ilə birlikdə hazırlanacaq "Sun Flyer 2" təyyarəsi iki sərnişinin daşınması üçün nəzərdə tutulacaq.

Xatırladaq ki, birinci versiyalı "Sun Flyer" təyyarəsi apreldə uğurlu test uçuşlarını edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300