Kəbənin imamı həbs olunub

 

İslam dünyasının ən müqəddəs ziyarətgahı sayılan Kəbənin imamlarından olan Məkkə qazisi Şeyx Saleh Əl Talibin həbs olunduğu xəbəri yayılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, imam Əl Talibin həbsinə səbəb qadınlarla kişilərin konsertlərdə bir yerdə əylənməsini tənqid etməsi olub.

Əl Talibin həbsi barədə məlumatı isə Səudiyyə Ərəbistanında vaizlər və din alimlərinin həbs olunması ilə bağlı sənədləri yayan, "Düşüncə məhbusları” adı altında sosial şəbəkələrdə fəaliyyət göstərən bir qrup tvitterdə yayıb.

İmamın həbsinə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın göstəriş verdiyi ehtimal edilir. Belə ki, din adamı öz nitqində birbaşa kralın çevrəsini tənqid etməsə də, onun son zamanlarda hakim ailəyə mənsub üzvlərin qadınlarla bağlı müxtəlif tədbirlərə qatılması ilə bağlı xəbərlərə reaksiya verdiyi güman olunur.

Səudiyyə Ərəbistanında məsələ ilə bağlı açıqlama hələ ki, verilməyib.

Lakin Əl Talibin Tvitterdəki həm ingiliscə, həm də ərəbcə hesabları artıq qapadılıb.

Səudiyyə Ərəbistanında insan hüquqlarıın müdafiəçilərindən sayılan Yahya Assiri krallıq rəsmilərinin cəmiyyət içində nüfuz sahibi olan şəxslərin fəaliyyətlərini yaxından izlədiklərini qeyd edib.

Bu yaxınlarda vəliəhd şahzadə Məhəmməd ibn Salman ABŞ-ın CBS kanalına verdiyi müsahibədə "Qadın və kişilərin eyni yerdə işləməsini qəbul etməyən radikal dinçilər aramızda çoxdur. Bu fikirlərin bir çoxu Peyğəmbərin həyat tərzinə ziddir” -deyə ifadə işlətmişdi.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300