Misirdə qabaqcıl müxaliflər həbs edildi
Misirdə müxalifətin qabaqcıl nümayəndələri həbs edilib.
Qaynarinfo xəbər verir ki, iqtisadiyyat üzrə mütəxəssis Raid Selame və akademik Yəhya Əl Kazaz həbs edilib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Raid Salame prezident Əbdüllətif Əl Sisinin rəqibi olmuş Həmdin Sabbahın yaxın şəxsidir.