Merkel İrəvandadır - FOTO

 

Gürcüstana iki günlük rəsmi səfərini başa vuran Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq İrəvana rəsmi səfər edib.

Publika.az xəbər verir ki, Almaniyanın hökumət başçısını hava limanında həmkarı Nikol Paşinyan qarşılayıb. Paşinyanın ilk dəfə Angela Merkel ilə görüşü iyul ayında NATO-nun Brüsseldə keçirilən zirvə sammitində olub. Bir sıra Avropa liderləri ilə yanaşı Paşinyan Merkel və Fransa prezidenti Emmanuel Makronla da danışıqlar apara bilmişdi.

Angela Merkeli səfər zamanı xarici işlər və təhlükəsilik məsələləri üzrə müşaviri Jan Heker, maliyyə və iqtisadi siyasət üzrə müşaviri Lars Xendrik Röller, Avropa Siyasəti üzrə sözçüsü Uve Korzepius, Cənubi Qafqaz üzrə aparat rəhbəri Matias Lyütenberq müşayət ediblər.

Angela Merkelin eyni zamanda Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcəyi bildirilib.

Qeyd edək ki, almaniyalı kansler Ermənistan səfəri başa çatdıqdan sonra Bakıya səfər edəcək.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300