Tropik ölkələrə səfər edərkən "Zika” virusuna yoluxmamaq üçün banan yeməkdən və mavi rəngli geyimlərdən imtina edin.

 Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb-Stomatologiya Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Nikolay Malışev bildirib.

O deyib ki, isti və tropik ölkələrdə infeksiya yaymaq qabiliyyətli qansoran həşəratların sayı coxdur. Belə həşəratları mavi rəngli geyimlər və bananın iyi cəlb edir. Həşəratlar insanların üstünə açıq təbiətdə və araqaranlıqda daha çox qonur.

N.Malışev bildirib ki, virusa qoruyuculardan istifadə etmədən cinsi əlaqə və qan köçürmələri zamanı da yoluxmaq mümkündür.

Xəstəliyin simptomları hətta 2 il keçdikdən sonra özünü büruzə verə bilər. Daşıyıcı virusa yoluxduğundan xəbərsiz ola bilər.

Xatırladaq ki, "Zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusa yoluxma müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Bu ilin fevral ayında Rusiyada ilk dəfə olaraq "Zika" virusu qeydə alınıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300