Dmitri Medvedev idman edən zaman zədələnib

 

 

Rusiyanın baş naziri Dmitri Medvedev idmanla məşğul olan zaman zədələndiyi üçün avqustun 14-dən bəri ictimai tədbirlərdə iştirak etmir.

Oxu.Az "Lenta.ru”ya istinadla xəbər verir ki, bununla bağlı Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, zədə Medvedevə tədbirlərdə iştirak etməyə imkan vermir.

Medvedevin ictimai tədbirlərə qatılmaması ilə bağlı xəbəri "Proyekt” Telegram-kanalı yayıb. Nazirlər Kabinetindəki mənbəyə istinadla yayılan məlumata əsasən, baş nazirin sıx qrafiki və vacib tədbirləri olmasına baxmayaraq, o, bunların heç birində iştirak etmir, eləcə də baş nazir məzuniyyətdə deyil.

Mətbuat xidməti qeyd edib ki, Medveden avqustun 27-də vəzifəsinin icrasını davam edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300