20 minlik qüvvə gizli şəbəkəyə çevrilir - BMT-nin baş katibindən ŞOK MƏRUZƏ

 

Gizli şəbəkəyə çevrilən İŞİD terror qruplaşması İraq və Suriyada 20 mindən çox döyüşçüyə malikdir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin Baş katibi Antonio Quttereşin İŞİD təhdidi haqqında növbəti məruzəsində deyilir.

Məruzədə qeyd edilir ki, İŞİD gizli qlobal şəbəkəyə çevrilməkdə davam edir. Bildirilir ki, İraq və Suriyada zəiflədilmiş, amma möhkəm nüvəyə malik təşkilatın Afrika və Yaxın Şərqdəki regional bölmələri, həmçinin Afrika və Asiyaya qayıdan terrorçular və onların ailə üzvləri mürəkkəb problem təşkil edir.


 

BMT-nin qiymətləndirmələrinə görə, İŞİD-in 20 min döyüşçüsü İraq və Suriyada təxminən bərabər bölünüb. Onların sayına bir neçə min xarici döyüşçü daxildir və əvvəlki kimi əhəmiyyətli güc təşkil edir.

"İraq və Suriyaya xarici döyüşçülərin axını bütovlükdə başa çatıb , amma onların əks axını ciddi problem olaraq qalır”, - baş katib qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300