Babayevlər imperiyası: Çöküş başladı -
Ötən gün təqdim etdiyimiz "Babayevlər imperiyası" silsiləsindən birinci yazıdan sonra Babayevlərin daha bir qaranlıq işi ilə bağlı mediada xəbər yayıldı.

Məlum oldu ki, Heydər Babayevin illərdir ələ keçirdiyi "Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə keçmiş sahibinə qaytarılıb. Bu barədə obyektin əvvəlki sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov açıqlama yaymışdı. 

Məlumat üçün bildirək ki, "Çudo Peçka" Babayevlər ailəsinə məxsus "Bank Standard" üzərindən qurulan oyun nəticəsində Çingiz Cəlilovun əlindən alınmışdı. Əvvəlcə bankdan Cəlilovalara kredit verilmiş, daha sonra isə mağazalar şəbəkəsi təzyiq nəticəsində mənimsənilmişdi. Nəticədə "Çudo peçka"ya nəzarət Babayevlərə yaxın olan və mediada adı bir sıra qalmaqallarda hallanan "Bakery Operating Company" MMC-nin və onun direktoru Azad Abdullayevin əlinə keçmişdi. Bu həmin adamdır ki, bir neçə gün əvvəl oğlu Rüfət Abdullayevin "Maserati"si Bakıda yanaraq kül olmuşdu. 

Həm "Çudo Peçka" üzərində illərdir davam edən, heç bir nəticə verməyən məhkəmə çəkişməsinin məhz indi müsbət sonluqla nəticələnməsi maraqlı suallar yaradır. Bu obyektin ələ keçirilmə metodu bizə artıq mətbuatdan tanış olan "Akif  Çovdarov metodu"nu xatırladır. Məhz bu cinayətkar dəstənin ifşa edilərək, həbsə atılmasından sonra "Çudo Peçka"nın həqiqi sahibinə geri qaytarılması haqlı olaraq şübhələrə yer açır.  Bununla eyni anda Abdullayevin oğlunun "Maserati"sinin yanmış ( bəlkə yandırılmış?) halda tapılması, bir həftə sonra Abdullayevin şirkətində hüquq mühafizə orqanlarının araşdırmalara başlaması, hətta həbs olunması haqqında məlumatların mediada tirajlanması Babayevlərin ətrafında çəmbərin artıq daraldığını göstərir. Medianın yazdığına görə, ötən gecə "Bakery Operating Company" dünən şirkətinin 7-ci mikrorayon ərazisində yerləşən baş ofisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib. Maskalı əməliyyatçılar ofisə daxil olaraq şirkətin icraçı direktoru Azad Abdullayevi qandallayıb. Məlumatda deyilir ki, onun həbsi gömrük nəzarətindən keçməyən 7000 ədəd "İphone" telefonunun ölkəyə gətirməsi ilə bağlıdır.

Bu məlumat Qaynar.info-ya daxil olan informasiyalarla üst-üstə düşür. Babayevlərin bu şirkətinin adı Dubaydan mobil telefonların və bir çox başqa məhsulların ölkəyə qanunsuz idxalında hallanır. Bu da təsadüfi deyil. Babayevlərin ən böyük işləri və hətta şəxsi həyatları da haradasa Dubayla bağlıdır. Bu barədə az sonra bəhs edəcəyik.

Yeri gəlmişkən, Babayev qardaşlarının adı bir vaxtlar bütün ölkəyə səs salan, hazırda ömürlük həbsdə olan qanqster Hacı Məmmdov işində də az hallanmamışdı. Belə ki, məhkəmədə Hacı Məmmədovun bir ara Heydər Babayevin atası Aydın Babayevi də oğurlamaq istədiyi, amma nədənsə bundan vaz keçdiyi versiyası səslənmişdi. Bundan başqa adı məhkəmədə ən çox keçən şəxslərdən biri olan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov Heydər Babayevin qardaşı Yaşar Babayevin qudasıdır. Bu həmin Cavadağa Sultanovdur, məhkəmənin ilk dövrlərində Hacı Məmmədov israrla onun məhkəməyə gətirilməsini tələb edirdi: "Cavadağa Sultanovu məhkəməyə gətirin, mən hər şeyi açıb danışacağam". 

H.Məmmədov öz məhkəməsində C.Sultanovun onun bütün cinayətlərindən xəbərdər olduğunu açıqlasa da, daha sonra şahid qismində məhkəməyə gətirilən Sultanov qeyri-səmimi ifadə verməsi ilə təqsirləndirilənlərin qəzəbinə tuş gəlib. O, məhkəmə ifadəsində bildirib ki, H.Məmmədovun qətlə yetirdiyi kriminalist Rövşən Əliyev bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu işlərin arxasında dayanan polisləri tutacağını deyib: "Soruşdum ki, onlar kimdir, dedi ki, generallar”.
  
Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona inanıb. Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib. Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşub. 

C.Sultanovun adı Cahangir Hacıyevin həyat yoldaşının oğurlanması işində də çəkilib. O, hətta H.Məmmədovun məhkəməsində Zakir Nəsirovla bağlı ittihamlar səsləndirib, baş verən cinayətlərdən onun xəbərdar olduğunu bildirib. 
 
H.Məmmədov isə C.Sultanovun çoxsaylı cinayətlərinin olduğunu söyləyib: "Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin 30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtsa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır". 
 
Qeyd edək ki, C.Sultanov Daxili İşlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bundan sonra isə milyonçuların cənnəti hesab olunan Dubaya üz tutub. 

Dubay həm də Babayevlərin də sevdiyi cənnətdir. Burada Babayev qardaşlarının çoxsaylı villa və obyektləri, Cavadağa Sultanov və məxsus olduğu dəstə ilə ortaq işləri var. Yaşar Babayevin oğlu Niyaz isə Dubaydakı həyat tərzi artı sosial şəbəkələrin ən geniş müzakirə olunan mövzularından biridir. 

Cavadağa Sultanovun Dubaydakı cinayətkar fəaliyyəti də bir neçə dəfə mətbuatın gündəminə gəlib. Belə ki, o, Dubayda biznes sövdələşmələri zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirmədiyinə, saxta çeklərdən istifadə etdiyinə görə BƏƏ polisi tərəfindən iki dəfə saxlanılıb.  Sonuncu dəfə 12 gün həbsdə qalıb. Lakin sonradan ölkəmizin həmin vaxt Birləşmiş Ərəb Əmirliklərindəki səfiri olmuş Elxan Qəhrəmanovun müdaxiləsindən, külli miqdarda maddi girov quyulduqdan sonra azadlığa buraxılıb. Yeri gəlmişkən, E.Qəhrəmanov ötən ilin 25 noyabrında prezident İlham Əliyev tərəfindən geri çağırılıb və bu ilin 27 yanvarında Küveytə səfir təyin edilib.


E.Qəhrəmanovun S.Sultanovu azad etdirməsi ilə bağlı da ilginc iddialar var. Deyilənə görə, o, bunun müqabilində keçmiş polisdən 1 milyon dollar alıb. İddiaya görə, E.Qəhrəmanov ötən ilin noyabrında geri çağırılandan sonra C.Sultanov tərəfindən şantaj olunur. Belə ki, o, səfirə zəng edərək onu diplomat karyerasına son qoyacağı ilə hədələyir. Əlbəttə keçmiş səfir bu məsələni soyuqqanlı qarşılasa da, özünə yer tapa bilmir. C.Sultanovun da bundan xəbəri olduğundan o keçmiş səfirdən əl çəkmir və hər dəfə problemləri yarananda E.Qəhrəmanovun himayəsinə sığınır. 

C.Sultanov işdən çıxarıldıqdan sonra axtarışda olsa da, bu günə qədər ölkəyə gətirilməyib. Bunun səbəbi isə bəlli deyil. Amma onun Babayevlər tərəfindən himayə edildiyi, qorunduğunu təxmin etmək üçün xüsusi istedada sahib olmaq lazım deyil.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300