Tramp Həsən Ruhani ilə görüşə hazır olduğunu bildirib
ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Amerika
lideri "Reuters" agentliyinə müsahibəsində deyib.
"Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı", yox əgər
iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac
yoxdur", Tramp bildirib.
ABŞ prezidenti onu da əlavə edib ki, rəsmi Vaşinqtondan Tehrana danışıqların
aparılması üçün heç bir müraciət olmayıb.