ABŞ-da 2 iranlı həbs olundu
Avqustun 20-də ABŞ-da iki iranlı Tehrana casusluqda ittiham edilib.
"Report" xəbər verir ki, həm ABŞ, həm də İran pasportu olan 38 yaşlı Əhmədrza Muhammedi-Dustdar və Kaliforniyada yaşayan 59 yaşlı İran vətəndaşı Məcid Qurbani həbs ediliblər.
Onlar İrana ABŞ haqqında kəşfiyyat xarakterli materialların ötürülməsində, həmçinin daxildə təxribat törətməkdə ittiham olunublar.