Əfqanıstan prezidentinin çıxışı zamanı Kabil raket atəşinə tutulub

 

Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "TOLO news" telekanalı məlumat yayıb.

Hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.

"Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər", - deyə Ə.Qəni bildirib.

Raketlərin paytaxtın hansı hissələrinə düşdüyü və dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.

Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300