Almaniya bankı Gürcüstana 150 milyon avro kredit ayıracaq

 

Almaniyanın İnkişaf və Yenidənqurma Bankı Gürcüstana 150 milyon avro kredit ayracaq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze bəyan edib.

Hökumət başçısı deyib ki, bununla əlaqədar yaxın günlərdə Bankla Gürcüstanın Neft Qaz Korporasiyası arasında kredit müqaviləsi imzalanacaq. Bu vəsait Gürcüstanda yeraltı qaz anbarının infrastrukturunun tikintisinə sərf olunacaq.

Baş nazir deyib: "Yeraltı qaz anbarı bizi bir sıra risklərdən qoruyacaq. Qaz anbarı tikildikdən və istifadəyə verildikdən sonra Gürcüstanda "mavi yanacaq” problemi öz həllini tapacaq. Bu anbar əhalini 30-45 gün müddətinə təbii qazla fasiləsiz təmin etməyə imkan verəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300