Rusiyanın Azərbaycandakı səfirindən mühüm AÇIQLAMA

 

"Biz heç vaxt heç kimi seçim qarşısında qoymağa çalışmamışıq. Hesab edirəm ki, Rusiya və Azərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar”.

Uluyol.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

ABŞ ilə Rusiya arasındakı qarşıdurma fonunda Bakının Moskva və Vaşinqton ilə münasibətləri haqqında sualı cavablandırarkən diplomat bildirib ki, Rusiya öz tərəfindən Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlığın daha sıx olması üçün mümkün olan hər şeyi edəcək: "Birqütblü dünyanın vaxtı keçib, o daha işləmir. Dünyada müxtəlif təsir mərkəzləri, münasibətlərini milli maraqları əsasında quran çox sayda güclü ölkə var. Azərbaycanın siyasətini qiymətləndirməyim düzgün deyil, çünki bu, suveren dövlətdir. Rusiya haqqında deyə bilərəm ki, kiminsə Rusiyanı idarə etmək, onu özünə tabe etdirməklə bağlı cəhdləri heç vaxt olmayıb, olmayacaq da”./Report/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300