Безымянный copy

Bəybala İbadullayev: "4 milyon yemişiksə, 27 min dolları da tapıb verərik”

Dövlətin QHT-lərə yaratdığı şərait hamıya məlumdur. Lakin müxtəlif şəxslərin dövlətin qayğısından və yaradılan şəraitdən sui-istifadə edərək, QHT və əlil cəmiyyətləri adı altında vətəndaşları aldatması, çirkin işlərlə məşğul olması haqda da KİV-də çox yazılıb. Biz də Qafqaz Xəbər Agentliyi olaraq, bu və digər problemləri işıqlandırmış, "ictimai xadim” maskası altında gizlənən fırıldaqçıların ifşası üçün əlimizdən gələni etmişik. Bu günlərdə Bakı şəhəri Nəsimi rayon sakini Babək Əlləz oğlu Mustafayev Qafqaz Xəbər Agentliyinə müraciət edərək, fırıldaqçılar tərəfindən aldadıldığını və ailəsi ilə birlikdə mənzilsiz qaldığını bildirib. B.Mustafayev öz müraciətində yazır: "2011-ci ildə mən və ailəm Nəsimi rayonu, 20 Yanvar küçəsi 35, mənzil 7-də yaşayırdıq. Mənzilimiz ikiotaqlı idi, biz daha geniş mənzil və ya ev almaq istədik. Bir gün təsadüfən, bir tanışım dedi ki, Bəybala adlı bir nəfər mənə borcludur, ev satır, sizi tanış edim, mənim də borcum "dirilsin”. O vaxt Korlar Cəmiyyətində sədr müavini çalışırdı (vətəndaş Gözdən Əlillər Cəmiyyətini nəzərdə tutur, adıkeçən şəxsin isə Bəybala İbadullayev olduğunu müəyyən etdik – red.). O, bizə "Qurtuluş-93” yaşayış massivi ilə üzbəüz olan ikimərtəbəli evlərdən birini 65 min manata təklif etdi. Biz mənzilimizi satacağımızı bildirdikdə, Bəybala bizə evləri dəyişməyi, qalan 12 min manat məbləği isə hissə-hissə ödəməyimizi təklif etdi. Əlil olmasına, həm də tez-tez Allahdan danışmasına görə, atam ona inandı, dedi ki, Allah adamıdır, bizi aldatmaz”.

Vətəndaşın sözlərinə görə, B.İbadullayev onlara "satacağı” evin sənədləşdirilməsini də vəd edib və bu işin 7 min manata başa gələcəyini deyib: "Əli adında bir nəfərin vasitəsi ilə həmin ikimərtəbəli evə kupça alacaqdı. Bəybala dedi ki, bu iş mənlikdir, sonra hardansa 7 min manat tapıb Əliyə verdi, amma sonra bu məsələnin baş tutmadığını öyrəndik. Çünki həmin ev qaz xəttinin üzərində tikilib və orda ev tikilməsi də qanunsuzdur. Lakin bu məsələ məlum olduqda artıq atam mənzilimizi Bəybalanın dediyi adamın adına keçirmişdi.

Sonradan bizə məlum oldu ki, Bəybala İbadullayev həmin 7 min manatı da bizim evimizi satdığı şəxsdən alıb”. Şikayətçi bildirib ki, həmin müddətdə Bəybala onları aldadıb və vaxtı uzadaraq, nə sənədlə, nə də evlə təmin edib: "Biz 2 ay sonra evdən çıxmalı olduq və 4 ilə yaxın müddətdə kirayədə qaldıq. Bəybalanın dediyi evə getdikdə isə gördük ki, o evi də kiməsə borcu qarşılığında verib və artıq həmin evdə məskunlaşanlar var. Bəybala İbadullayev bu 4 ildə bizə cəmi 26 min dollar pul verib, 27 min dolları isə ondan hələ ala bilməmişik. Bu müddətdə həm evlər xeyli bahalaşıb, həm də biz aylarla, illərlə kirayə pulu vermişik”.

Babək Mustafayev bizim müxbirimizlə söhbət zamanı qeyd edib ki, 3 il əvvəl Bəybala müəllim başqa vətəndaşların şikayətləri əsasında saxlanılmışdı və onu həbs gözləyirdi: "Lakin cəmiyyətin sədri Səmyar Abdullayev qapı-qapı düşüb vətəndaşları inandırdı ki, şikayətinizi geri çəkin, pulu verəcəyik. O vaxt atamla da görüşüb deyib 12735563_178345032538898_386679399_nki, narahat olmayın, Bəybala pulunuzu verəcək. Bəybalanın yanında köməkçi kimi gəzən Hikmət adlı şəxs vardı. Hikmət bir dəfə içkili olan zaman demişdi ki, "ortada 4 milyon manatlıq yeyinti var, Bəybala və Səmyar dövlətin 4 milyonluq vəsaitini talan ediblər; Bəybala içəri getsə, onları da aparacaq, ona görə də Səmyar narahat olub”. Onlar Şıxov tərəfdə də başqalarına qanunsuz ev satmışdılar. Çoxunu belə aldadıblar. Sizdən isə xahişim odur ki, bu fırıldaqçıların əməllərinin işıqlandırılmasında və bizim problemimizin həllində dəstək verəsiniz”. Biz qarşı tərəfin də mövqeyini öyrənmək məqsədi ilə Bəybala İbadullayevlə əlaqə saxladıq.

Bəybala müəllim bizə öz soyadını Həsənov desə də, bizim onun əsl soyadından məlumatlı olduğumuzu öyrəndikdə söhbəti zarafata çevirdi: "Mən familiyamı dəyişmişəm, İbadullayev Nikolayın vaxtındakı familiyamdır”. Məsələ ilə bağlı müsahibimizə informasiya verdik, jurnalist etikası və qanunvericiliyə uyğun olaraq, onun da mövqeyini işıqlandırmaq istədiyimizi bildirdik. B.İbadullayev hazırda Gözdən Əlillər Cəmiyyətində işləmədiyini, "Braille Teknik Azərbaycan” MMC-nin rəhbəri olduğunu qeyd etdi. "Babək və Əlləz Mustafayevləri tanıyırsınız?” – deyə soruşduq. "Bəli, tanıyıram… Əlləz müəllim gözəl insandır”. "Amma sizin gözəl insan dediyiniz adamlar sizi fırıldaqda ittiham edir. Dediklərinə görə, siz onları aldatmısınız və neçə ildir 27 min dollar borcu ödəmirsiniz”, – deyə qeyd etdik. "Məsələ tam o cür deyil. Mənim o adamlarla heç bir alqı-satqı işim olmayıb. Həmin söhbətdən xəbərim var, onların problemi tezliklə həllini tapacaq”, – deyə B.İbadullayev bildirdi.

"Yəni, sizin onlara borcunuz yoxdur”, – deyə soruşduq. "Mənim yoxdur, amma o məsələdə mənim də qismən rolum var. Onların problemi ən qısa müddətdə, bir aya həll olunacaq. Ən yüksək səviyyədə həlli tapacaq. Mən qaytarmayacam, amma o pulun onlara çatmasına kömək edəcəyəm”, – deyə B.İbadullayev vurğulayıb. "Cəmiyyətin adından istifadə edərək torpaqlar zəbt edib evlər tikdiyinizi, sonra da müxtəlif vətəndaşlara satdığınız deyilir. Sizin bir vaxtlar məhz belə işlərə görə tutulduğunuzu da eşitdik.12736061_178344992538902_476178731_n

Sizin 4 milyon manatlıq yeyintidə iştirak etdiyiniz barədə də iddialar var… Nə məsələ idi?”, – deyə soruşduq. "Yeyinti eləmişəmsə də, məhkəmə qarşısında cavab vermişəm. O vaxt tutulmuşam, nə etmişəmsə cəzamı çəkmişəm. Bunun məsələyə dəxli yoxdur. Bunu yenidən gündəmə gətirməyin nə mənası var?”, – deyə B.İbadullayev cavab verdi. "Babək Mustafayevin pulunu 4 ildə niyə qaytarmırdınız ki? Bu məsələ həqiqətən öz həllini tapacaq?” – deyə dəqiqləşdirmək istədik. "Dörd milyon yemişiksə, 27 min manatı da tapıb verərik”, – deyə müsahibimiz bildirdi. "Deməli, siz etiraf edirsiniz ki, 4 milyon manatlıq yeyinti olub?” sualına isə B.İbadullayev gülərək cavab verdi: "Ha-ha-ha… Ay da… Yaxşı olacaq (deyəsən, müsahibimiz bilmədən "səhv etdiyini” anlamışdı – red.) Yox, siz deyirsiniz də, belə iddialar var. Ona görə deyirəm”. Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin bu məsələdə rolunun nə dərəcədə olduğunu da aydınlaşdırmağa çalışırıq. Onun münasibətini də öyrənmək üçün cəhdlərimiz boşa çıxıb. Lakin mövzunu diqqətdə saxlayaraq, bütün tərəflərin əlavə fikir, irad və mövqeyini dərc edəcəyik.

Rüfət Əhmədzadə

Qafqaznews.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300