Füzuli Məmmədov AAK-dan qovuldu –Fotolar

 

Avropa Azərbaycanlılar Konqresinin (AAK) I vitse-prezidenti Füzuli Məmmədov (Frenk Elkaponi) vəzifəsindən kənarlaşdırıldı.

Yenicag.az-a AAK-dan daxil ola məlumata əsasən, bu barədə qərar İdarə Heyətinin dünən keçirilmiş iclasında qəbul edilib.

Qərarda Füzuli Məmmədovun AAK-dan uzaqlaşdırılmasının əsas səbəbi kimi onun pozuculuq fəaliyyəti və Nizamnamənin tələblərini pozması göstərilib:

"Məmmədov Füzuli 1 mart 2017-ci ildən bəri Avropa Azərbaycanlılar Konqresinin I Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Həmin vaxtdan Füzuli Məmmədov üzərinə düşən vəzifəni yerinə yetirməməklə yanaşı AAK Nizamnaməsinə zidd fəaliyyət göstərib, Konqresin heç bir fəaliyyətində yaxından iştirak etməyib, AAK İdarə Heyətinin toplantılarına biganə yanaşaraq, iştirak etməkdən imtina edib, AAK Konqresinin müxtəlif ölkələrdə keçirilən görüşlərinə qatılmayıb”.

Qərarda daha sonra Füzuli Məmmədovun qatılmaqdan imtina etdiyi AAK tədbirləri sadalanıb və onun İdarə Heyəti üzvlərinin Barselonada keçirdiyi görüşlər barəsində KİV-ə böhtan xarakterli açıqlamalar verdiyi qeyd olunub.

AAK İdarə Heyəti Füzuli Məmmədovun bu və Nizamnaməyə zidd digər davranışlarını əsas götürərək, onun AAK İdarə Heyəti üzvlüyündən və I Vitse-prezident vəzifəsindən azad olunması haqqında qərar qəbul edib. Məmmədovun barəsində qəbul edilmiş bu qərarı İdarə Heyətinin 10 üzvündən 9-u dəstəkləyib, 1 nəfər isə bitərəf qalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300