Bir müddət bundan əvvəl facebookda dostluğumda olan jurnalist Coşqun Eldaroğlunun bir statusunu oxudum. Yazmışdı ki, "Azərbaycandakı xanımların çoxu kişiləri rüşvətə meyilləndirir. Elə bir rüşvətxor kişi tanımıram ki, xanımı onun rüşvətlə qazandığı pulları götürməsin, mənə lazım deyil desin. Kişilər nə qədər zəifdirlərsə qadınlar da o qədər zəifdirlər. Problemin kökündə bu amilin rolu var”. Oxuduğum an söz məni tutdu,pis oldum lakin sonra bir tanışımı xatırladım. Nişanlananda oğlan evinə ən bahalı üzüyü, toyda isə öz ailəsinə ən bahalı mebeli aldırmışdı. Toydan sonra oğlan evi qır-qızılın, ailəsi isə cer-cehizin pulunu ödəməkdə çətinlik çəkmişdi...
 
Onun bu fikrində əlbəttə həqiqət vardı. İstədim Coşqun Eldaroğluna şəxsən yazım, sonra bu yazını yazıb,ona fikrimi belə çatdırmaq qərarına gəldim. Adicə bir statusu oxuyanda mən öz ətrafımdan bir xanımı xatırladım. Belə meşşan təbiətli xanımlar ürək ağrısı ilə deyirəm ki, cəmiyyətimizdə, ətrafımızda çoxdur. Nə olub bizim qadınlara? Niyə mənəviyyatları bu qədər dəyərsizləşib? Bəlkə savadsızdırlar? Bəlkə avamdırlar? Nədir bu işin kökündəki problem? Tarixdən, ədəbiyyatdan qadınlarımızın mənəviyyatı, qorxmazlığı, mübarizliyi haqda yazılmış çox dəyərli, fikirlər oxumuşam. Yaxın vaxtlaradək gözümüzün önündə mərd qadınlarımız azmı idi? Öz həyat yoldaşları ilə birlikdə at belində gecələyən, ac qalan, şücət göstərərək dözümlülük mücəssəməsinə çevrilən, müharibə illərində təkbaşına, zəhmətlə uşaq böyüdən dəyərli qadınlarımız çox olub. Bəs bu gün eyni vəziyyət olsa neçə qadın tamahını saxlayıb vəziyyətdən "üzü ağ” çıxacaq?
 
Bir Azərbaycanlı xanım olaraq, öz həmcinslərim üzərindəki müşahidəmi, problemin kökünü nədə gördüyümü bölüşmək istəyirəm. Qadını belə düşünməyə vadar edən,xarakterini bulandıran kişidir. Bəli, bəli.. Razıyam ki, qadın kişiyə təsir edir, lakin elə kişi də qadına təsir etdiyi üçün qadınlarımız bu gündədir. Qadına dəyər baryerini qadın yox, kişi təyin edir. Əvvəlcə kişilərdən yazmaq istəyirəm. Zaman keçdikcə kişilərin pul ehtirası, və pulun onların özgüvənlərini təmin etməsi,özlərinin gücünü pulda görmələri, qadınları da pulla ala biləcəkləri fikirlərinə səbəb olmuşdur. Qısaca kişi öz xarakterini korladı. Əvvəlcə kişilər xaraktersizləşdi. Tədricən qadınları da elə pulla, qızılla kişilər almağa başladılar. Çünki belə kişilər üçün rahat idi. Əlavə güc sərf etmirdilər, mənəviyyatlarını zorlamağa ehtiyac olmurdu. Vaxt gəldi, qadınlar da bir növ kişilərin pul ehtirasını imitasiya etməyə başladılar. Getdikcə hətta bəsit olmayan qadınlar da, cəmiyyətdə rəqabətin pulla rahat olduğunu kəşf edib bəsitləşdilər. Sanki onlar daha bahalı qızıllar aldırmaqla, həm həmcinslərinin həm də qarşı cinsin yanında daha dəyərli olacaqlarını duşünməyə başladılar. Faciə burasındadır ki, vəziyyət elə belə idi! Daha bahalı qadın daha dəyərli olurdu... Daha qadınların mənəviyyat (bura sadiqlik,qorxmazlıq,düzgünlük,ədalət daxildir) anlayışı pula bərabər oldu. Bu gün qadınları o cür acgöz edən elə kişilər özləri olmuşdu

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300