İtaliyada daşqınlar nəticəsində 8 nəfər ölüb
İtaliyanın cənubunda Pollino milli parkında daşqın nəticəsində 8 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Bundan əlavə, bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər, xilasedici vertolyot dağlarda köməksiz vəziyyətdə qalmış turistlərə köməyə gediblər.