Dünyada 2 milyard yoxsul insan var

 

Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan hesabata görə, hazırda dünyada 2 milyard insan yoxsulluq, 753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayır. Bu insanların böyük əksəriyyəti quraqlıq, silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlərdir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2017-ci ildə 134 ölkədə 201 milyon insana humanitar yardım göstərilib. Hesabatda bildirilir ki, silahlı münaqişələr nəticəsində Yəməndə 20,7 milyon, Suriyada isə 13,7 milyon nəfərin aclıq həddində olduğu aşkar edilib. Ötən illər 3,5 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyədə humanitar yardıma ehtiyacı olanların sayı 12,8 milyona çatıb. Hesabatda Efiopiya, İraq, Nigeriya, Konqo Demokratik Respublikası, Sudan, Əfqanıstan, Somali, Keniya, Haiti, Kolumbiya, Çad, Mali, Ukrayna, Kamerun, Livan, Pakistan, Burundi ən çox yardıma ehtiyacı olan ölkələr sırasında ilk yerləri tuturlar. Bu ölkələrin əksəriyyətində silahlı münaqişələr mövcuddur.

Hesabata görə, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9 dollar qazana bilir. 2017-ci ildə məcburi köçkünlərin sayı isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri humanitar yardımların 60 faizi 10 ölkənin, o cümlədən 14 faizi Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb. Qaçqınları qəbul edən Türkiyə və Yunanıstan da bu onluğa daxildir. Humanitar donor kimi Türkiyə özü qaçqınlara 8 milyard dollar vəsait ayırıb. Donorlar arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutur. Ümumilikdə, 2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyon dollar artaraq 27,3 milyarda çatıb. Fərdi donorların humanitar yardımları isə 6 milyard dollar təşkil edib

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300