Çeçenistanda polislərə hücum edənlər yeniyetmələr olub

 

 

Rusiyanın Çeçenistan Respublikasında polis əməkdaşlarına hücum edənlər yetkinlik yaşına çatmayanlar olub.Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib ki, onlardan ən böyüyün 17 yaşı olub.

O qeyd edib ki, İŞİD-də (İslam Dövləti terror qruplaşması) yeniyetmələrə ekstremistlərin ideyalarını təlqin etmək üçün xüsusi proqramlar mövcuddur. Ona görə döyüşçülər arasında 11-12 yaşlı uşaqlara da rast gəlmək olar.

Umarov bildirib ki, hücum edənlərin hədəfi polis əməkdaşları deyil, dinc sakinlər olub. Onun sözlərinə görə, onların qarşısını alan polis əməkdaşları müxtəlif bədən xəsarətləri alsalar da, həyatlarına təhlükə yoxdur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300